Pol Andre Hellan: "Azərbaycan xal baxımından xəsis komandadır"

Pol Andre Hellan: "Azərbaycan xal baxımından xəsis komandadır"

Norveç Dünya çempionatının seçmə qrup mərhələsində sabah Azərbaycan millisinin qonağı olacaq. SİA-nın məlumatına görə, Norveç yığmasının futbolçusu Pol Andre Hellan oyunla bağlı fikirlərini bildirib: "San Marino ilə oyundan 6 xal götürməliyik. Düşünürəm ki, maksimum nəticə göstərmək istəyiriksə, Azərbaycana da bu məqsədlə getməliyik. Azərbaycan xal baxımından xəsis komandadır. Buna görə də çətin olacaq. Ancaq maksimum nəticə göstərmək istəyiriksə, mübarizədən qalib ayrılmalıyıq".

Xatırladaq ki, oktyabrın 8-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Norveç matçı saat 20:00-da başlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə