Deyəsən yenidən bu il də UEFA Çempionlar Liqasını qazanandan sonra "Barselona"nın baş məşqçisi Xose Quardiolanın katalon klubundan ayrılmaq fikri yoxdur.. Siasport.az saytı xəbər verir ki, mövsümün ortalarında "Barselona"dan ayrılmaq istədiyini və yeni insanlarla çalışmaq həvəsində olduğunu bildirən X.Quardiola, indi UEFA Çempionlar Liqasının kubokunu başı üzərinə qaldırandan sonra artıq doğma klubundan ayrılmağı heç düşünmür də. Məsələ burasındadır ki, UEFA Çempionlar Liqasının finalından sonra jurnalistlərə açıqlama verən 40 yaşlı mütəxəssis, "Barselona"dan heç yana getməyəcəyini və katalon klubunu daha bir il çalışdırmaq istədiyini deyib. Bu isə o deməkdir ki, yeni mövsümdə də əzəli rəqibi "Real"la amansız mübarizədə "Barselona"nın sükanı arxasında məhz X.Quardiola olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB