Şəhriyar Əliyev: "Son sözü həkimlər deyəcək" AÇIQLAMA

Şəhriyar Əliyev: "Son sözü həkimlər deyəcək" AÇIQLAMA

"Qarabağ"la Gəncədə keçirilən çempionat oyununda zədələnərək sıradan çıxan "Kəpəz"in futbolçusu Şəhriyar Əliyev özünü yaxşı hiss edir. MRT müayinəsindən keçdikdən sonra aldığı xəsarətin ciddi olduğu müəyyənləşən müdafiəçinin 3 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilmişdi. Diz oynağının kollarateral bağı zədələnən futbolçunun müalicəsi davam etdirilir.

SİA-nın məlumatına görə, Ş.Əliyev durumu ilə bağlı klubun rəsmi saytına açıqlama verib: "Əvvəlki günlərə baxanda indi yaxşıyam. Gəzə bilirəm, amma müəyyən ağrılar var. Gündə iki dəfə həkimə gedib-gəlirəm. Ayağıma güc düşəndə diz qoruyucusundan istifadə edirəm. Düşünürəm ki, gələn həftə məşqlərə başlaya biləcəyəm. Amma bu yöndə son sözü həkimlər deyəcək. Yəqin ki, ilk dövrlər onların tövsiyəsinə uyğun olaraq fərdi şəkildə yüngül formada hazırlıq keçəcəyəm".

Bütün xəbərlər Facebook səhifəmizdə