"Rio-2016" Yay Olimpiya Oyunlarında iştirak edən 36 boks hakimi haqqında araşdırma başlanılıb. SİA-nın xarici media orqanlarına istinadən verdiyi məlumata görə, bu haqda Beynəlxalq Boks Assosiasiyasından açıqlama verilib. Bildirilib ki, araşdırma başa çatanadək sözügedən hakimlərin beynəlxalq yarışlarda döyüşləri idarə etmələrinə qadağa qoyulub. Həmin hakimlərin gələn ay Rusiyada təşkil ediləcək gənclər arasında dünya çempiontında iştirakının da çox çətin olduğu vurğulanıb. Araşdırmanın səbəbi rəsmi açıqlanmasa da, buna Olimpiya Oyunlarında İrlandiya, Qazaxstan, ABŞ, Rusiya və Özbəkistan idmançıları arasındakı döyüşlərdə mübahisəli qərarların səbəb olduğu iddia edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB