“Antalyaspor” Jose Moraisi istefaya göndərir

“Antalyaspor” Jose Moraisi istefaya göndərir

"Antalyaspor" klubu portuqaliyalı baş məşqçi Jose Morais ilə yollarını ayırır. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu haqda klubun prezidenti Ali Şafak Öztürk açıqlama verib. O, yeni baş məşqçi axtarışında olduqlarını qeyd edib: "Klubun İdarə Heyətinin dünənki iclasında Moraislə vidalaşmaq haqda qərar qəbul etdik. Artıq onunla danışıqlar aparılır. Yeni baş məşqçimiz isə hələ ki, məlum deyil. Bir neçə mütəxəssislə maraqlanırıq".

Qeyd edək ki, ötən mövsüm "Antalyaspor"a baş məşqçi təyin olunan Morais cəmi 10 ay bu vəzifəni icra etdi. Cari mövsümdə Superliqada geridə qalan 6 turda qələbə qazana bilməyən komanda 2 xalla turnir cədvəlinin son pilləsində qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə