İmarət kuboku" başa çatdı
"Əmrahbank"ın baş sponsorluğu ilə "Qarabağ" futbolunun 60 illiyinə həsr olunmuş mini-futbol üzrə "İmarət kuboku" başa çatdı. Siasport.az saytı xəbər verir ki, turnirdə A qrupunda premyerliqa.az saytı, "İmarət" fan klubu, "Futbol +" qəzeti, "Sector 11" fan-klubu, B qrupunda isə "Əmrahbank" AGT-nin "Təbriz", QAT-ın "Bozqurd" komandaları və "Çempion" qəzeti mübarizə aparırdı. Turniri "İmarət" fan-klubu təşkil etdiyi üçün bura "İmarət"ə yaxın qurumlar dəvət olunmuşdu.Oyunlar Neftçilər metrosu yaxınlığındaki START idman kompleksinin futbol meydançasında keçirildi. Finalda "İmarət" fan-klubuna qalib gələn QAT və "Futbol+"a qalib gələn "Əmrahbank" qarşılaşdı. Gərgin mübarizə şəraitində keçən oyunda 8:6 hesabı ilə "Əmrahbank" qələbə qazandı. Oyundan sonra mükafatlandırma mərasimində QAT-ın sədri Akif Nağı qalibləri təbrik edərək hər birinə Qarabağın 20 illiyinə həsr olunmuş kitab bağışladı. Qaliblərə kuboku "Qarabağ"ın əfsanəvi kapitanı Aslan Kərimov təqdim etdi. Bundan əlavə "İmarət kuboku"nu qazanan "Əmrahbank" komandasına diplom və "Qarabağ" klubunun formaları bağışlandı. İştirakçılar turnirin təşkil edildiyi üçün "Əmrahbank" rəhbəri Yunis İldırımzadəyə,Qarabağın icraçı direktoru Əmrak Çəlikələ və "İmarət" fan-klubu üzvlərinə təşəkkürlərini bildirdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə