"Xəzər Lənkəran" 8 futbolçu ilə yollarını ayırdı

"Xəzər Lənkəran" 8 futbolçu ilə yollarını ayırdı
"Xəzər Lənkəran"ın heyətində islahatlara start verilib. Siasport.az saytı xəbər verir ki, Lənkəran klubu 8 futbolçusu ilə yollarını ayırmaq qərarına gəlib. Belə ki, "Xəzər Lənkəran" rumın müdafiəçi Kosmin Frasinesku, portuqaliyalı arxa xətt oyunçusu Simao Bruno, rumıniyalı yarımmüdafiəçilər Nikulae Muşat və Xristu Kyakunun müqaviləsini artırmayıb.
Daha dörd futbolçu ukraynalı qapıçı Yevegeni Kopil, alban müdafiəçi Elvin Beqiri, rumın yarımmüdafiəçi Stelian Stanku və qvineyalı orta sahə oyunçusu İbrahima Banqura transferə çıxarılıb.
"Xəzər Lənkəran" rəhbərliyi komandanı tərk edən oyunçulara göstərdikləri oyuna görə təşəkkürünü bildirib və gələcək karyeralarında uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə