FİFA prezidenti Jozef Blatterin, yenidən növbəti dəfə FİFA rəhbəri olmaq arzusu naminə rəqibini şərləmək istəyi, indi onun başına əməlli-başlı iş açıb. Siasport.az saytı xəbər verir ki, hazırkı qurum prezidenti, qarşıdakı FİFA prezidentliyinə keçiriləcək seçkilərdə yeganə rəqibi olan Muhammed bin Hammamı, FİFA prezidenti olmaq üçün rüşvət verməkdə ittiham edib. J.Blatter, mayın 29-da FİFA Etik Komissiyası tərəfindən dinlənəcək. Əgər o iddiasını təsdiqləyə bilməsə, seçkinin nəticələrindən asılı olmayaraq hazırkı prezident kreslosunu boşaltmalı olacaq. Çünki komissiya, ittihamın təsdiqlənməyəcəyi təqdirdə, onu yalan danışmaqda və böhtan atmaqda günahlandıracaq ki, bu da onun bu vəzifəni dayandırması ilə nəticələnəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB