Sabah keçiriləcək UEFA Çempionlar Liqasının final oyunu, bütün dünyada maraqla gözlənilir. Siasport.az saytı xəbər verir ki, qitənin bu ali turnirində kimlərin hansı klubun azarkeşi olması da çox maraqla gözlənilən məqamlardandır. Sözsüz ki, finalda qarşılaşacaq "Barselona" və "Mançester Yunayted" futbol klublarının nəinki öz ölkələrində və Avropada, həttda dünyanın istənilən ölkəsində on minlərlə azarkeşləri var. Amma məsələ sadə azarkeşlərlə deyil, dünyanın tanınmış məşqçiləri ilə bağıdır. Bu mənada İspaniyanın "Real Madrid" futbol klubunun portuqaliyalı baş məşqçisi Joze Maurinyonun, "Marça" qəzetinə verdiyi açıqlama, sabahkı final qarşılaşması ilə bağlı maraqlı fikirlərlə zəngindir. Sən demə J.Maurinyo, sabah əzəli rəqiblərinin gözəl futbol oynayacağı təqdirdə onlara azarkeşlik edəcək. J. Maurinyo "Marça"ya bildirib ki, o daima gözəl futbola azarkeşlik edib və sabah da öz ənənəsinə sadiq qalacaq. Portuqaliyalı futbol mütəxəssisi, profesional məşqçilərin xırda hisslərə qapılmadan yaxşı nəticəyə qiymət verməsi çox zəruridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB