Finalda kim qazanacaq: 69 yaşlı Ferqyusson, yoxsa 40 yaşlı Quardiola?

Finalda kim qazanacaq: 69 yaşlı Ferqyusson, yoxsa 40 yaşlı Quardiola?

Sabah UEFA Çempionlar Liqasının final qarşılaşması keçiriləcək. Siasport.az saytı xəbər verir ki, hələ UEFA Çempionlar Liqasının 2009-cu ildə keçirilmiş finalında üz-üzə gələn dünyanın iki nəhəng klubu sayılan İspaniyanın \"Barselona\" və İngiltərənin \"Mançester Yunayted\" futbol klubları, sabah da münasibətlərinə yenidən aydınlıq gətirməklə yanaşı, kimin UEFA Çempionlar Liqasının yeni qalibi olacağına da meydanda qərar verəcəklər. Bu qarşılaşmanı daha çox 69 yaşlı şotlandiyalı futbol mütəxəssisi Ser Aleks Fergyussonla, 40 yaşlı ispan Xose Quardiolanın ikinci dueli kimi də qiyəmətləndirmək olar. Çünki UEFA Çempionlar Liqasının 2009-cu ildə keçirilmiş final qarşılaşmasında da, bu klubların sükanı arxasında məhz Fergyusson və Quardiola əyləşmişdilər. Onlar yenə də öz postlarındadırlar. Sabah gülən tərəfin kim olacağını isə bütün dünya səbirsizliklə gözləyir...

Bütün xəbərlər Facebook səhifəmizdə