Samir Məsimova yenə şans vermədilər

Samir Məsimova yenə şans vermədilər

Sloveniyanın "Domjale" klubu yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun komandası ikinci divizion təmsilçisi "Krka" ilə qarşılaşıb. Oyun "Domjale"nin 6:0 hesablı qələbəsi ilə başa çatıb. Sloveniya çempionatında meydana çıxmayan Məsimova sınaq matçında da özünü göstərməyə şans verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə