Xəbər verdiyimiz kimi, iyunun 6-da Azərbaycan futbolunun 100 illik yubileyi münasibətilə tədbirlər keçiriləcək. Siasport.az saytı xəbər verir ki, tədbirlərə FİFA və UEFA-nın, həmçinin beynəlxalq futbol qurumlarının üzvü olan milli assosiasiyaların rəhbərliyi dəvət olunub. UEFA İcraiyyə Komitəsinin üzvləri Şenes Erzik, Marios Lefkaritis və Danimarka Futbol Federasiyasının prezidenti (eyni zamanda UEFA İcraiyyə Komitəsinin üzvü) Allan Hansen Azərbaycan futbolunun 100 illik yubiley tədbirlərində iştirakla bağlı AFFA-nın dəvətinə müsbət cavab veriblər və iyunun 6-da keçiriləcək tədbirlərdə iştirak edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB