Yığmamız Bosniya və Herseqovinaya məğlub olub

Yığmamız Bosniya və Herseqovinaya məğlub olub

19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması ikinci oyununu keçirib. SİA-nın məlumatına görə, Litvanın Marijampole şəhərindəki eyniadlı stadionda Bosniya və Herseqovina yığması ilə qarşılaşan komandamız 1:2 hesabı ilə məğlub olub. Yığmamızın heyətində Murad Xaçayev fərqlənib.

Futbolçularımız qrupda son oyununu oktyabrın 9-da, saat 15.00-da Litva yığmasına qarşı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə