Almaniyanın ən yaxşısı da, ən pisi də türk oldu

Almaniyanın ən yaxşısı da, ən pisi də türk oldu

Almaniyada ilin futbolçusu müəyyənləşib. Siasport.az saytı xəbər verir ki, Bundesliqada oynayan futbolçular mövsümün ən yaxşı oyunçusu olaraq "Borusiya Dortmund"dan "Real Madrid"ə transfer olunan Nuru Şahini seçiblər.

\"Kiker\" jurnalı tərəfindən hər il mövsümün sonunda futbolçular arasında aparılan sorğuya əsasən, tərtib olunan siyahıda N.Şahin 46.1 % səs yığıb. İkinci isə 18.7 %səslə onun komanda yoldaşı Mario Qotçe olub.

Ən yaxşı qapıçı 70 % səslə Almaniya milli komandasının qapıçısı Manuel Noyer, ən yaxşı məşqçi 40,4 % səslə "Borusiya Dortmund"un məşqçisiYürgen Klop seçilib. "Hannover 96" komandasının məşqçisi Mirko Slomka isə 26 %səs çoxluğu nisbətilə ikinci olub.

Maraqlıdır ki, mövsümün ən pis hakimi olaraq da 32,9 % səslə türk əsilli Bundesliga hakimi Dəniz Aydak seçilib. Ən yaxşı hakim isə 34,3 % səslə Floriyan Meyer olub.

Bütün xəbərlər Facebook səhifəmizdə