Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Şağan Olimpiya İdman Kompleksində 1995-96-cı il təvəllüdlü yeniyetmələr arasında Sabir Hüseynovun şərəfinə həsr olunmuş sambo güləşi üzrə Bakı şəhər açıq birinciliyi keçirilir. Siasport.az saytı xəbər verir ki, yarışın keçirilməsində məqsəd Bakı şəhərində sambo idman növünü təbliğ və inkişaf etdirmək, ən güclü samboçuları aşkar etmək, şəhər yığma komandasına namizədlər seçmək, respublika yarışlarına namizədləri müəyyənləşdirmək, Bakı şəhərindəki idman təşkilatlarında təlim-məşq prosesini təkmilləşdirmək, gəncləri sambo ilə müntəzəm məşgul olmağa cəlb etmək, idmançıların ustalıq səviyyəsini artırmaq, Sabir Hüseynovun şərəfli idman yolunun gənclər arasında təbliğ olunmasından ibarətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB