Joze Maurinyonun "Real"dakı düşməni işdən qovuldu

Joze Maurinyonun "Real"dakı düşməni işdən qovuldu
İspaniyanın "Real Madrid" futbol klubunun baş məşqçisi Joze Maurinyo, nəhayət ki, uzun müddətdir əsl düşmənə çevrildiyi kral klubunun baş direktoru Yorqe Valdanonu sıradan çıxara bilib. Siasport.az saytı xəbər verir ki, təcrübəli baş direktor, kral klubunun rəhbərliyi tərəfindən işdən azad olunub. Dünən kral klubunun mətbuat mərkəzində jurnalistlər üçün brifinq keçirən Y.Valdano rəhbərliyin qərarına hörmət etdiyini, amma özünün "Real"ı bacarıqsızlıq üzündən tərk etmədiyini deyib. Klub rəhbəriyi isə onun yerinə "Real"ın və dünya futbolunun əfsanəsi sayılan Zinəddin Zidanı təyin edib. "Real Madrid"in prezidenti Florentina Perez isə, Z.Zidanı kral klubunun baş direktoru təyin etməklə, yeni mövsümdə daha böyük uğurlar qazanmaq üçün ondan ciddi proqramlar reallaşdıracağını gözlədiklərini deyib. Xatırladaq ki, Z.Zidan, baş direktor təyin olunanadək, "Real Madrid"in prezident müşaviri kimi çalışırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə