İstanbulun "Qalatasaray" futbol klubu, sözün əsl mənasında transferlər üçün "səlib yürüşü"nə başlayıb. Siasport.az saytı xəbər verir ki, yola saldığımız mövsümdəki acınacaqlı uğursuzluq, klub rəhbərliyinin bacarıqsızlığı, sonda klubun prezidenti Adnan Polatın postundan getməsi və "Qalatasaray"da Ünal Aysal erasının başlanmasına səbəb oldu.Yeni rəhbərlik isə Türkiyənin "Avropa fatehi" deyilərək anılan "cim bom"un əvvəlki gücünü özünə qaytarmaq və yenidən çempionluğun 1 nömrəli namizədi kimi çıxış etməsi üçün mühüm transferlərə qərar verib. Fatih Terimi klubun sükanı arxasına keçirən "cim bom" rəhbərliyi, indi də futbolçu "ovuna" çıxıb. "Qalatasaray" rəhbərliyi, deyəsən qapıçı problemini də yoluna qoymağın əlacını tapıb. Məsələ burasındadır ki, İstanbul təmsilçisi, İngiltərənin "Arsenal" futbol klubunun ispaniyalı qolkiperi Manuel Almuniyaya transfer təklifi gəndəriblər və ona "cim bom"da yaxşı maaş vəd ediblər. Onsuz da "topçular"ın baş məşqçisi Arsen Vengerlə kritik gərginlik yaşayan ispaniyalı qapıçının da "Qalatasaray"a gəlməyə müsbət yanaşdığı bildirilir. Çox güman ki, bu transferlə bağlı hər şey bu həftənin sonunda aydın olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB