Atletika üzrə lisenziya xarakterli turnir keçiriləcək

Atletika üzrə lisenziya xarakterli turnir keçiriləcək

27 may 2011-ci il tarixində Bakı şəhəri Tofiq Bəhrəmov adına Respublika stadionunda atletika üzrə Azərbaycan kuboku keçiriləcək. Bununla yanaşı həmin gün SSRİ-nin və Azərbaycanın Əməkdar məşqçisi Ə.Səfərovun xatirəsinə həsr olunmuş beynəlxalq yarışa da start veriləcək. Qeyd edək ki, yarış London Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.

Yarışda Azərbaycanla bərabər, İran, Suriya, Nigeriya və İraqdan olan idmançılar da öz qüvvələrini sınayacaqlar.

Yarış 28 may tarixinədək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə