"Dalğa Arena"nın açılışı olacaq

"Dalğa Arena"nın açılışı olacaq
Azərbaycan futbolunun 100 illik yubileyi münasibətilə bu ilin əvvəlindən başlayaraq AFFA tərəfindən müxtəlif tədbirlər həyata keçirilməkdədir. Siasport.az saytı xəbər verir ki, iyunun 6-da isə AFFA tərəfindən Mərdəkanda inşa olunmuş AFFA Futbol Mərkəzində "Dalğa Arena"nın və yardımçı meydançanın, sonra Böyük Şor qəsəbəsində inşa olunacaq 65 min azarkeş tutumlu stadionun açılış mərasimi olacaq. Həmin gün "Buta Palace"da Azərbaycan futbolunun 100 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçiriləcək. Tədbirdə 2012-ci ildə Azərbaycanda keçiriləcək 17 yaşadək qızlardan ibarət komandalar arasında dünya çempionatının loqotipi təqdim olunacaq.
Qeyd edək ki, tədbirlərdə yalnız dəvət olunmuş şəxslər iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə