Bu gün Azərbaycanın ən məşhur müğənnilərindən biri sözsüz ki, Röyadır. Elə bunu çox yaxşı bilən PFL də hər dəfə şansı əldən vermədən meydana daha çox azarkeş toplamaq üçün bütün şoularında ona yer verir. Siasport.az saytı xəbər verir ki, bu dəfə də Röya öz işini yüksək səviyyədə icra etdi. Xanım müğənni matçdan öncə rekord.az-a müsahibə verib.
- Ötən il də kubokda iştirak etdin. Maraqlıdır, bu tədbirlərdə sadəcə, təklifi qəbul edib işini yerinə yetirən bir müğənni kimi iştirak edirsən yoxsa, futbola marağın var?
- Mən sizə deyim. Əvvəl marağım yox idi, həmişə dava eləyirdim ki, bu nədi 20 kişi düşüblər bir topun dalınca. Bunu deyirəm, məni öldürə bilərlər (gülür). Amma iki qardaşım 10 yaşına çatandan sonra fikirlərim tamam dəyişdi. Onların futbola olan sevgisi mənə də keçdi. İndi mən onları izləyirəm. Futbolçularımız uduzanda depressiyaya düşürəm. İndi deyə bilmərəm, hansına azarkeşlik edirəm, çünki ikisində də Azərbaycan oğulları oynayır. Ona görə istəyirəm ki, onlar başqa yerlərdən də, Azərbaycana qalibiyyətlə dönsünlər.
- Bu iki klub haqda məlumatın varmı, onların oyunlarını görmüsənmi?
- Onların oyunlarını efirdən dəfələrlə görmüşəm. Hətta "Xəzər Lənkəran"la Türkiyəyə də getmişəm. Amma yadımda deyil Türkiyənin hansı klubu ilə qarşılaşırdılar (böyük ehtimalla Röya "Beşiktaş"la oyunu nəzərdə tutur - red.). Mənə bizimkilər lazım olduğundan xatırlamıram (ürəkdən gülür). Onlar oynayıblar, mən isə oxumuşam. Yəni oyunlarını görmüşəm, izləyirəm. Uğurlarında da, uğursuzluqlarında da yanlarındayam. Ötən il gəlmişdim, bu il də gəldim. Hər zaman da böyük zövqlə gələcəm.
- Onda belə demək olarmı ki, sən bu gün "Xəzər Lənkəran"a azarkeşlik edəcəksən?
- Mən elə demək istəmirəm. Çünki qardaşlarım "İnter"in fanatlarıdı. Onlar məni öldürə bilərlər. "Xəzər Lənkəran" mənə ona görə yaxındı ki, orada çoxlu dostlarım var. "İnter"dən isə mənə dostluq təklif edən olmayıb. Gözləyirəm (bunu xüsusi gülüş və istəklə deyir - red).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB