Üç il öncə 30 milyon avroya "Malaqa"dan "Real Madrid"ə transfer edilən İsko hələ də gözlənən oyunu göstərə bilmir. Futbolçu baş məşqçi Zinəddin Zidanın seçdiyi oyunçular sırasına düşməyi bacarmır. SİA-nın məlumatına görə, "Marça" nəşrinə açıqlama verən İsko İspaniya nəhəngindən ayrıla biləcəyini qeyd edib: "Təxminən 2 aydır oynamıram. Yaxşı məşq etməyə rəğmən, heyətdə yer almamaq çox çətindir. Əlbəttə ki, yenə də mənim günahımdır. Heyətə düşmək üçün özümü inkişaf etdirməliyəm. Ümid edirəm ki, "Real"ın forması ilə uğurlu çıxış edərəm. Ancaq bu baş verməsə, başqa komandada uğur qazanaram".
Qeyd edək ki, 24 yaşlı orta sahə oyunçusunun "Real Madrid"lə müqaviləsi 2018-ci ildə başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB