2012-ci ildə keçiriləcək Avropa Çempionatının finalına getmək üçün bütün gücünü səfərbər edən futbol üzrə Türkiyə millisi, gələn həftə Belçika millisi ilə səfərdə keçirəcəkləri qarşılaşmaya ciddi hazırlaşırlar. Siasport.az saytı xəbər verir ki, Türkiyə yığmasının baş məşqçisi Quus Hiddinq, jurnalistlərə müsahibəsində bir sıra məsələlərə aydınlıq gətirib."Avro 2012"-nin finalına qatılmaq üçün qrupdakı ikinci əsas rəqiblərinin məhz Belçika yığması olduğunu deyən hollandiyalı futbol mütəxəssisi, bu qarşılaşmanın futbolçuları üçün sözün əsl mənaslnda "ölüm-dirim" oyunu olacağını diqqətə çatdırıb. Belçikanın gənc və bir çox ulduz futbolçulara sahib olduğunu deyən Q.Hiddinq, qrupdakı gələcək talelərinin daha çox bu qarşılaşmadan asılı olacağını da dilə gətirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB