Norveç yığmasında ciddi itki: “Vest Hem”in müdafiəçisi sıradan çıxdı

Norveç yığmasında ciddi itki: “Vest Hem”in müdafiəçisi sıradan çıxdı

DÇ-2018-in seçmə mərhələsində millimizlə qarşılaşacaq Norveç yığması ciddi itki ilə üzləşib. Qol.az-ın Norveç mətbuatına istinadən yaydığı xəbərə görə, komandanın yarımmüdafiəçisi Hovard Nordtveyt zədələnib. Onun millimizlə oyunu buraxacağı dəqiqləşib. "Vest Hem"in müdafiəçisinin əvəzinə yığmaya Ruben Qabrielsen çağırılıb. Qeyd edək ki, oktyabrın 8-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Norveç matçı saat 20:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə