Yenidən İstanbulun "Qalatasaray" futbol klubunun sükanı arxasına keçən Fatih Terim, yeni mövsümdən birgə çalışacağı futbolçuları bir-bir "cim bom"a toplayır. Siasport.az saytı xəbər verir ki, 2000-ci ildə UEFA Kubokunu birgə qazandığı keçmiş futbolçularını köməkçi olaraq yanına çağıran "imperator", indi də gənc və döyüşkən futbolçu "ovuna" çıxıb. Belə ki, "Eskişehirspor"un gənc ulduzu Batuhan Karadenizi "Qalatasaray"a gətirmək istəyində olan F.Terim, bu məsələdə tərəddüd edən rəhbərliklə üz-üzə də gəlməli olub. Belə ki daha çox çılğın və dəlisov hərəkətləri ilə seçilən B.Karadeniz, dəlisovluğu ilə bağlı "Qalatasaray" rəhbərliyini də tərəddüd içində qoyub.Çünki Ünal Aysal başda olmaqla klub rəhbərliyi onun "Qalatasaray"da da nizam-intizamı pozacağını və futbolçulara pis nümunə ola biləcəyini düşünür. Amma "imperator" Ü.Aysal ilə görüşərək onu əmin edib ki, güclü bacarığa sahib olan B.Karadenizi, sözün əsl mənasında "adam edəcək". Yəni onu nizam-intizamlı futbolçu kimi yetişdirəcək. Çox güman ki, İstanbul klubu F.Terimin zəmanətindən sonra onun transferi üçün bu yaxınlarda hərəkətə keçəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB