İngiltərənin "Çelsi" futbol klubu, rusiyalı futbolçusu Yuri Zırkovu artıq bundan sonra heyətdə görmək istəmir. Siasport.az saytı xəbər verir ki, artıq geridə qoyduğumuz mövsüm ərzində həm UEFA Çempionlar Liqasında, həm də İngiltərə Premyer Liqasında istənilən nəticəni göstərə bilməyən və klubun rusiyalı sahibi Roman Abramoviçi məyus edən hazırkı heyət satışa çıxarılır. İngilis mətbuatı xəbər verir ki, artıq klubdan gedəcək 10-dək futbolçunun siyahısını hazırlayan rəhbərlik, bunların arasında Y.Zırkovu da çölə atmağı planlaşdırır. 21 milyon avroya transfer etdiyi rus futbolçu üçün "Çelsi"nin nə qədər satış qiyməti qoyacağı da maraqla gözlənilir. Artıq müştərilər də hazırdır. Belə ki, İstanbulun "Qalatasaray", İngiltərənin "Tottenhem" və "Aston Villa" klubları rus futbolçunu heyətdə görmək istəyirlər. Sözsüz ki son söz "zadəganlar"ındır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB