"Barselona"nın zədəli futbolçusu Lionel Messinin yaşıl meydanlara qayıdacağı vaxt müəyyənləşib. Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, fərdi məşqlərə başlayan argentinalı hücumçu Çempionlar Liqasnın qrup mərhələsinin üçüncü turunda "Mançester Siti" ilə oyuna hazır olacaq. Qeyd edək ki, "Barselona" - "Mançester Siti" görüşü oktyabrın 19-u keçiriləcək.
Xatırladaq ki, L.Messi La Liqanın 5-ci turunda "Atletiko" ilə (Madrid) matçda (1:1) zədələnib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB