"Şturm Qraz" Avstriya çempionudur

"Şturm Qraz" Avstriya çempionudur

"Şturm Qraz" Avstriya çempionluğunu təmin edib. Siasport.az saytı xəbər verir ki, Avstriya klubu, düz 12 il sonra 66 xal toplayaraq yenidən ölkə çempionluğunu bayram etməyə macal tapıb. "Şturm Qraz" sonuncu turda öz meydanında "Wacker Tirol"u qəbul edib. Qarşılaşmada "Şturm Qraz"ın qollarını 16-cı dəqiqədə Hölzl və 82-ci dəqiqədə Muratoviç vurublar. Qonaqlar ancaq 29-cu dəqiqədə Hausenin qolu ilə özlərinə təsəlli verə biliblər. Bununla da "Şturm Qraz" çempionluğu təmin edərək tərəfdarlarını sevindirib.

Bütün xəbərlər Facebook səhifəmizdə