“Kəpəz” sabah məşqləri bərpa edəcək

“Kəpəz” sabah məşqləri bərpa edəcək

Azərbaycan Premyer Liqasında ilk dövrənin son oyununda "Neftçi"yə məğlubiyyətdən sonra 4 günlük istirahətə buraxılan "Kəpəz"in üzvləri sabah bir araya gələcək. SİA-nın məlumatına görə, komanda məşqləri Bakıda bərpa edəcək. "Sarı-göylər" hazırlığı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçəcək.

Gəncə klubunun oktyabrın 6-na olan məşqi saat 16:00-da başlayacaq. Sonrakı üç gün ərzində keçiriləcək məşqlər isə saat 11:00-a təyin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə