XXIII spartakiadanın proqramına daxil olan cırtdan növü üzrə yarış keçirilib

XXIII spartakiadanın proqramına daxil olan cırtdan növü üzrə yarış keçirilib
Sənaye Pedaqoji Texnikumunun idman zalında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Bakı şəhər məktəbliləri arasında XXIII spartakiadanın proqramına daxil olan cırtdan növü üzrə yarış keçirilib. Siasport.az saytı xəbər verir ki, keçirilən yarışda Bakı şəhərinin 10 rayon komandası tərkibində 200 nəfər məktəbli (onlardan 100 nəfəri qızlardır) iştirak edib.
2-4-cü sinif şagirdləri arasında kütləvi gimnastik hərəkətlər, yerindən uzunluğa tullanma estafeti, topların və halqaların istifadəsi ilə qarşılıqlı estafet, basketbol topunun aparılması estafeti və qapıya qol vurma növləri üzrə yarış təşkil olunub. Yarışın nəticələrinə görə, 1-ci yerə Səbail rayonu 160 saylı Klassik Gimnaziyanın, 2-ci yerə Xətai rayonu 264 saylı məktəbin, 3-cü yerə isə Yasamal rayonu 13 saylı məktəbin komandaları layiq görülüblər. Qalib komandaların üzvləri Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.
Beləliklə, Bakı şəhər məktəbliləri arasında XXIII spartakiadanın bütün növləri üzrə keçirilən yarışlardan sonra ümumi xallar hesabına görə 1-ci yeri 40 xalla Qaradağ rayonu, 2-ci yeri 46 xalla Yasamal rayonu, 3-cü yeri 48 xalla Sabunçu rayonu, 4-cü yeri 60 xalla Xətai rayonu, 5-6-cı yerləri 74 xalla Səbail və Nizami rayonları, 7-ci yeri 78 xalla Xəzər rayonu, 8-ci yeri 80 xalla Binəqədi rayonu, 9-cu yeri 83 xalla Suraxanı rayonu, 10-cu yeri 141 xalla Nəsimi rayonu, 11-ci yeri isə 143 xalla Nərimanov rayonu tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə