“Qarabağ” Emil Balayevi heyətinə cəlb edib

“Qarabağ” Emil Balayevi heyətinə cəlb edib

"Qarabağ" növbəti transferini reallaşdırıb. SİA-nın məlumatına görə, milli komandamızın sabiq qapıçısı Emil Balayev heyətə cəlb olunub. Onunla 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, son klubu Frankfurt "Ayntraxt"ı olan (2014-16) Emil Balayevin bu komandada rəsmi debütü baş tutmayıb. 22 yaşlı qolkiper "Ayntraxt"dan ayrıldıqdan sonra "Qarabağ"ın düşərgəsində məşq edirdi. //Qol.az

Bütün xəbərlər Facebook səhifəmizdə