"Neftçi" məşqlərə start verdi

"Neftçi" məşqlərə start verdi

"Neftçi" PFK-nın əsas komandasının iki günlük istirahəti başa çatıb. SİA-nın məlumatına görə, hazırlıq planına əsasən, bu gün iki məşq nəzərdə tutulub. Komandanın səhər məşqi klubun təlim-məşq bazasında baş tutub. Milli komandalarımıza dəvət almış futbolçular - Araz Abdullayev, Rəhman Hacıyev (əsas milli komanda), Rahil Məmmədov, Fəhmin Muradbəyli (U-21 yığması), Anton Krivotsyuk, Ömər Buludov (U-19 yığması) və Makedoniya yığmasına çağırılmış Vançe Şıkov hazırlıq prosesində iştirak etməyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə