CAS Mariya Şarapovanın cəzasını azaldıb

CAS Mariya Şarapovanın cəzasını azaldıb

Rusiyalı tennisçi Mariya Şarapovanın cəza müddəti 15 ayadək azaldılıb. SİA-nın məlumatına görə, bu barədə İdman Arbitraj Məhkəməsi (CAS) qərar çıxarıb. İyirmi doqquz yaşlı idmançı 26 aprel 2017-ci ildən tennisə qayıda bilər.

Qeyd edək ki, dopinq testdən nəticəsi müsbət çıxan M.Şarapova 2 illik tennisdən uzaqlaşdırılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə