Çexiya - Azərbaycan matçının hakimləri açıqlanıb

Çexiya - Azərbaycan matçının hakimləri açıqlanıb

DÇ-2018-in seçmə mərhələsinin C qrupunda keçiriləcək Çexiya - Azərbaycan oyununa hakim təyinatları açıqlanıb. SİA-nın məlumatına görə, görüşü Matey Yuqun başçılıq etdiyi Sloveniya Futbol Federasiyasından hakimlər briqadası idarə edəcək. Onun köməkçiləri Tomaş Klançnik və Manuel Vidali olacaq. Dördüncü hakim funksiyasını Mitya Zqaneç yerinə yetirəcək.

Qeyd edək ki, Çexiya - Azərbayca oyunu oktyabrın 11-i keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə