Sərvət Çətin: "Fatih Terimə heyranam!"

Sərvət Çətin: "Fatih Terimə heyranam!"

"Qalatasaray"ın baş məşqçisi Fatih Terimin kluba gəlməsi, İstanbul klubundakı bir çox futbolçuların da klubun gələcəyinə nikbin baxmasına səbəb olub. Siasport.az saytı xəbər verir ki, bunlardan biri də futbol üzrə Türkiyə milli komandasının futbolçusu Sərvət Çətindir. "Avro 2012" çərçivəsində gələn həftə səfərdə Belçika yığması ilə qarşılaşacaq Türkiyə yığmasının heyətində təlim məşq toplanışında olan "Qalatasaray"lı futbolçu əmin olduğunu bildirib ki, F.Terimin gəlişindən sonra İstanbul nəhəngi ciddi uğurlara imza atacaq: "Onun gəlişi klubda hər kəsi sevindirdi. Əminəm ki, biz onunla yeni mövsümdə böyük uğurlara imza atacaqıq. Onun gücünə və zəkasına sadəcə heyranıq"-deyə S.Çətin fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə