Oktyabrın 13-16-da Hövsan Olimpiya İdman Kompleksində 2000-2001-ci il təvəllüdlü yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Bakı şəhər birinciliyi keçiriləcək. SİA-nın məlumatına görə, yarışın keçirilməsində məqsəd paytaxtda sərbəst və yunan-Roma güləşi idman növünü təbliğ və inkişaf etdirmək, Bakı şəhərindəki idman təşkilatlarında təlim-məşq prosesini təkmilləşdirmək, ən güclü idmançıları aşkar etmək, şəhər yığma komandasına namizədlər seçmək, gəncləri güləş ilə müntəzəm məşğul olmağa cəlb etməkdir.
Dörd gün davam edəcək birincilikdə güləşçilər 42, 46, 50, 54, 58, 63, 69, 76, 85,100 kq çəki dərəcələrində mübarizə aparacaqlar. Proqrama əsasən, oktyabrın 13-14-də sərbəst, 15-16-da isə yunan-Roma güləşçiləri arasında qaliblər müəyyənləşəcək. Sərbəst güləş yarışlarında 1-3, yunan-Roma güləşi yarışlarında isə ilk beşlikdə qərarlaşan idmançılar Respublika turnirinə vəsiqə əldə edəcəklər.
İlk yarış günü üçün idmançıların çəki prosesi 12 oktyabr saat 10:00-da 6 saylı UGGİM-nin zalında keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB