"Fənərbaxça" Emenikeni 9 milyon avroya transfer etdi

"Fənərbaxça" Emenikeni 9 milyon avroya transfer etdi

İstanbulun "Fənərbaxça" futbolo klubu, nəhayət ki, "Karademir Karabükspor"da forma geyinən Emenikeni 9 milyon avroya transfer etdi. Siasport.az saytı xəbər verir ki, Türkiyə Superliqasında möhtəşəm futbol ustalığı ilə diqqətləri üzərinə çəkən Emenike, Avropanın da bir sıra klublarının maraq dairəsində idi. Amma onun seçimi yenicə çempionluğunu elan edən "Fənərbaxça" olub. Verilən məlumata əsasən, İstanbul klubu, Emenike ilə təntənəli şəkildə müqavilə imzalamağa hazırlaşır.

Bütün xəbərlər Facebook səhifəmizdə