Selçuk İnan "Qalatasaray"la 5 illik müqavilə imzaladı!

Selçuk İnan "Qalatasaray"la 5 illik müqavilə imzaladı!

İstanbulun "Qalatasaray" futbol klubu "Trabzonspor"un ulduz futbolçusu Selcuk İnanla 5 illik müqavilə imzalayıb. Siasport.az saytı xəbər verir ki, artıq "Trabzonspor"lu forvard, gələn mövsümdən başlayaraq "Qalatasaray"ın uğurları üçün tər tökəcək. İstanbul klubunun baş məşqçisinin köməkçisi Hasan Şaş futbolçu ilə görüşərək danışıqlar aparıb və sonda tərəflər razılığa gəliblər. "Qalatasaray"ın rəsmi internet səhifəsində də bu transferin uğurla başa çatdığı barədə məlumat yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə