Arda Turan: "Milli komandaya dua edərək dəstək oluram"

Arda Turan: "Milli komandaya dua edərək dəstək oluram"

"Barselona" klubunun futbolçusu Arda Turan milli komandaya dəvət edilməməsi haqda açıqlama verib. SİA-nın məlumatına görə, baş məşqçi Fatih Terimin Səlcuk İnan, Burak Yılmaz və Gökan Gönüllə birlikdə yığmada oynamaq üçün dəvət göndərmədiyi Arda Turan kənardan da milli komandaya dua edərək dəstək olduğunu bildirib: "Ortaya iddialar atılmışdı. Üç ay boyunca mükafat mövzusu danışılırdı. Ancaq buna heç bir cavab vermədik. Sonra isə açıqlama vermək lazım oldu".

Futbolçu milli komandadan uzaqlaşmaq niyyətində olmadığını vurğulayıb: "Milli komandada oynamaq üçün vaxtımı gözləyirəm. İndi isə fikrimi sadəcə "Barselona"ya yönəltmişəm.

29 yaşlı Arda Turan nə zamansa "Qalatasaray"a qayıdacağını qeyd edib: "Ürəyimin ən dərin yerində "Qalatasaray" var. Ora bizim yuvamızdır. Ya futbolçu, ya baş məşqçi, ya idman direktoru olaraq nə zamnsa "Qalatasaray"da qarşılaşacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə