İngiltərənin "Mançester Yunayted" futbol klubu, qapıçı problemini tamamilə həll etmək üzrədir. Siasport.az saytı xəbər verir ki, "qırmızı şeytanlar", İspaniyanın "Atletiko Madrid" futbol klubunun 20 yaşlı qolkiperi David de Geanı transfer etmək üçün ispan təmsilçisinə 22 milyon funt sterlinq ödəməyə razı olub. Görünür "qırmızı şeytanlar", əla formada olan olduqca gənc qolkiperi əldən çıxarmaq istəmirlər. İngilis klubunun baş məşqçisi Ser Aleks Fergusyon da bu transferin gerçəkləşməsini çox istədiyini, 20 yaşlı qolkiperin bacarıqlı olduğunu və ən əsası Van Der Sarı layiqli şəkildə əvəz edə biləcəyinə əmin olduğunu deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB