ŞOK! Əfqan Həmzəyev hakimlikdən kənarlaşdırıldı

ŞOK! Əfqan Həmzəyev hakimlikdən kənarlaşdırıldı

Çimərlik futbolu üzrə FİFA referisi Əfqan Həmzəyev hakimlikdən kənarlaşdırılıb. Siasport.az saytı xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib.
Musayev bildirib ki, Həmzəyev gələn mövsümdən hakimlik etməyəcək. PFL prezidenti bunu Həmzəyevin idarəçiliyindən narazı olmaları ilə əsaslandırıb: \"Mənim də, AFFA prezidentinin də azarkeşlik etdiyi komanda var. Amma biz bunu açıq şəkildə nümayiş etdirə bilmərik. Lakin Əfqan Həmzəyev \"Neftçi\"nin azarkeşi olduğunu hamının gözü qarşısında nümayiş etdirib. Ona görə də belə hərəkətinə görə cəzalanıb\".

Bütün xəbərlər Facebook səhifəmizdə