Hamit Altıntop: "Mən "Real"a çempion olmaq üçün gəldim"

Hamit Altıntop: "Mən "Real"a çempion olmaq üçün gəldim"
Hazırda İspaniyanın "Real Madrid" futbol klubuna transfer olunan Almaniyanın "Bayern Münhen" futbol klubunun keçmiş futbolçusu Hamit Altıntop, bir sıra açıqlamalarla çıxış edib. Siasport.az saytı xəbər verir ki, hazırda futbol üzrə Türkiyə milli komandasının təlim-məşq düşərgəsində olan milli futbolçu, "pivəçilər"dən ayrılmasının səbəbinə də aydınlıq gətirib. H.Altıntop "Bayern Münhen"in hollandiyalı baş məşqçisi Van Gaalla münasibətlərinin son zamanlar olduqca pis olduğunu etiraf edərək, "Real"a transfer olunmasında Joze Maurinyonun rolunu da qeyd edib: "Mən "Real"a keçəndən sonra ilk söhbətimizdə, Joze Maurinyo məni hələ "Bayern Münhen"də olarkən də yaxşı tanıdığını, əla bacarıqa malik futbolçu olduğumu dedi. Açığı başqa ölkələrdən, elə İngiltərə, İtaliya və başqa ölkələrin klublarından da təklif alırdım. Amma sonunda J.Maurinyonu və "Real"ı seçdim. Kral klubuna çempionluq yaşamaq üçün gəldim"-deyə H.Altıntop fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə