NBC Bank Azərbaycan kubokunun ən yaxşılarına bu gün mükafatları təqdim olundu-FOTOLAR

NBC Bank Azərbaycan kubokunun ən yaxşılarına bu gün mükafatları təqdim olundu-FOTOLAR
NBC Bank Azərbaycan kubokunun ən yaxşılarına bu gün mükafatları təqdim olundu. Siasport.az saytı xəbər verir ki, münsiflər heyətinin qərarına əsasən NBC Bank Azərbaycan kubokunun final oyununun ən yaxşı oyunçusu "Xəzər Lənkəran" komandasının qapıçısı Kamran Ağayev, NBC Bank Azərbaycan kubokunun ən yaxşı qolunun müəllifi "Rəvan" klubunun futbolçusunu Rəşad Məmmədovun AZAL-ın qapısına vurduğu qol, NBC Bank Azərbaycan kubokunun ən məhsuldar futbolçusu isə "Xəzər Lənkəran"ın kosta-rikalı hücumçusu Uinston Parks qalib elan olunub. Qaliblərə NBC Bankın mükafatları və Peşəkar Futbol Liqasının hədiyyələri təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə