DÇ-2018-in seçmə mərhələsinin C qrupunda keçiriləcək Azərbaycan - Norveç oyununa hakim təyinatları açıqlanıb. Qol.az-ın xəbərinə görə, görüşü Luran Lianinin başçılıq etdiyi İsrail Futbol Federasiyasından hakimlər briqadası idarə edəcək. Onun köməkçiləri David Elyas Bitton, Nissan Davidi olacaq. Dördüncü hakim funksiyasını Eytan Şmuelevitz yerinə yetirəcək. Qeyd edək ki, Azərbaycan - Norveç oyunu oktyabrın 8-i, saat 20:00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB