Əsgər Abdullayev \"Turan\"la müqaviləyə imza atdı

Əsgər Abdullayev \"Turan\"la müqaviləyə imza atdı
\"Turan\"ın yeni baş məşqçisi müəyyənləşib. Siasport.az saytı xəbər verir ki, fanat.az-ın əldə etdiyi məlumata görə, Tovuz klubu bir müddətdir danışıqlar apardığı Əsgər Abdullayevlə anlaşıb.
Bir qədər öncə Abdullayevlə \"Turan\" rəhbərliyi arasında müqavilə imzalanıb. \"Turan\"ın prezidenti Musa Süleymanovun iştirakı ilə keçirilən görüşdə imzalanan anlaşmaya əsasən Abdullayev qarşıdakı 1 ildə \"Turan\"a rəhbərlik edəcək. Görüşdə Musa Süleymanovla Əsgər Abdullayev \"Turan\"ın gələcəyi ilə bağlı müzakirələr aparıb.
Yaxın günlərdə Musa Suleymanov və Əsgə
r Abdullayevin iştirakı ilə mətbuat konfransı keçiriləcək. Tədbirdə yeni baş məşqçi ictimaiyyətə təqdim olunacaq, komandanın planları barədə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə