19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması bu gün ilk oyununu keçirib. SİA-nın məlumatına görə, millimiz Litvanın "Marijampole" stadionunda Avstriya komandası ilə qarşılaşıb. Oyun 4:1 hesabı ilə avstriyalı futbolçuların xeyrinə başa çatıb. Yığmamızın heyətində Anton Krivotçuk fərqlənib.
Millimiz növbəti oyununu oktyabrın 6-da, saat 15.00-da Bosniya və Herseqovina yığmasına qarşı keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB