1-ci Divizionda çempionluğu bayram edən "Abşeron" komandasının üzvləri mayın 21-də qızıl medalların təqdimolunma mərasimindən sonra istirahətə buraxılıb. Siasport.az saytı xəbər verir ki, bu bərədə komandanın baş məşqçisi Mirbağır İsayev bildirib. O qeyd edib ki, mövsüm başa çatdıqdan sonra komanda üzvlərinə iyunun 1-dək qısamüddətli istirahət verilib. Həmin gün bir araya gələn komanda üzvləriylə ötən mövsümün yekunları, yeni mövsümə hazırlıq barədə geniş iclas keçiriləcək. Premyer Liqaya çıxışlara hazırlıq mərhələsinin planları barədə məlumat veriləcək.
Komandaya yeni transferlərin cəlb edilməsi məsələsini bildirən M.İsayev qeyd edib ki, bütün maraqlandırılan suallara komanda üzvləri bir yerə yığışdıqdan sonra cavab veriləcək. İlk növbədə komandada icarə əsasında çıxış edən futbolçuların gələcək taleyinə aydınlıq gətiriləcək. Sonra "Abşeron"un Premyer Liqaya vəzifə qazanmasında əməyi olan futbolçuların müqavilərinə baxılacaq, onlarla gələcək əməkdaşlığın detalları müəyyənləşdiriləcək. Bütün bu məsələlərdən sonra komandanı gücləndirəcək qabiliyyətli olan yeni transferlərə baxılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB