"Neftçi" klubunun prezidenti Sadıq Sadıqov ölkə kubokunu qazanmış "Xəzər Lənkəran" klubunu təbrik edib. Siasport.az saytı S.Sadıqovun "Neftçi"nin rəsmi saytı vasitəsilə təbrikini nəzərinizə çatdırır: "AFFA və PFL rəhbərliyinin səyi nəticəsində Azərbaycan Premyer Liqası və kuboku uğrunda yarışların səviyyəsi ildən-ilə artır. Ölkə futbolunda maraqlı idman mübarizəsi, inkişaf, əldə olunan uğurlar göz qabağındadır. Bu baxımdan "Xəzər Lənkəran" komandasının Azərbaycan futbolunun inkişafına verdiyi töhfə təqdirəlayiqdir. 2010/11 mövsümündə Premyer Liqada olduğu kimi, ölkə kubokunda da bir-birindən maraqlı matçlar izlədik. Finalda "İnter"ə qalib gələn "Xəzər Lənkəran" yarışın layiqli qalibi oldu. Bu münasibətlə "Xəzər Lənkəran" klubunun bütün kollektivini, o cümlədən fəxri prezident Mübariz Mənsimovu və prezident Mais Mənsimovu təbrik edirəm. Lənkəran təmsilçisinə Avroliqada uğurla çıxış etməyi, ölkəmizin idman şərəfini daha da yüksəklərə qaldırmağı arzulayıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB