Eyyub Yaqubov hansı kluba azarkeşlik edir?

Eyyub Yaqubov hansı kluba azarkeşlik edir?
"Mən artıq bir neçə dəfə "Abşeron"un oyunlarının şahidi olmuşam. Açığı deyim komandanın çıxışından zövq almışam. Hətta deyərdim ki, bu kollektiv mənə doğmalaşıb". Siasport.az saytı xəbər verir ki, bu sözləri tanınmış müğğəni Eyyub Yaqubov deyib.
Əməkdar artist qəlbində "Neftçi" sevgisi ilə yanaşı, "Abşeron" sevgisini də yaşayacağını bildirib: "Ən çox sevdiyim "Abşeronum" mahnısına ürəyimi qoyduğum kimi, futbolçularda da, Abşeron adına sevgilərini qoyduqlarını müşahidə etmişəm. "Abşeronum"u komandanın qeyri-rəsmi himni kimi dəyərləndirməsi mənim üçün olduqca xoşdu. Çox şadam ki, qəlbimdə "Neftçi" sevgisiylə yanaşı, "Abşeron" sevgisi də, yaşayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə