Zapata "Qalatasaray"dan 100 min avrosunu alıb getdi...

Zapata "Qalatasaray"dan 100 min avrosunu alıb getdi...

Istanbulun "Qalatasaray" futbol klubu, kolumbiyalı qolkiper Zapata ilə yollarını ayırıb. Siasport.az saytı xəbər verir ki, mövsümlər arası fasilədə İstanbul klubuna böyük ümidlərlə transfer olunan kolumbiyalı qapıçı, "cim bom"un qapısını 123 gün qorudu, amma qoruduğu qapıdan elə qollar buraxdı ki, axırda da 100 min avro təzminatla ölkəsinə getdi. 2012-ci ilə qədər "cim bom"la müqaviləsi olan kolumbiyalı qolkiper, müqavilənin qarşılıqlı razılaşma ilə ləğv edildiyini deyərək, "Qalatasaray" səviyyəsində bir qapıçı olmadığını və bu forma ilə İstanbul klubunun ümidlərini doğrultmadığını acı şəkildə etiraf edib. Yeni baş məşqçi də onu heyətdə görmək istəməyib ki, bu da rəhbərliyi onunla yolları erkəndən ayırmağa vadar edib.

Bütün xəbərlər Facebook səhifəmizdə