Uinston Parks Azərbaycan Kubokunun bombardiri olub

Uinston Parks Azərbaycan Kubokunun bombardiri olub
Uinston Parks Azərbaycan Kubokunun bombardiri olub. Siasport.az saytı xəbər verir ki, "İnter"in qapısına qol vuran kosta-rikalı futbolçu hesabındakı topların sayını 4-ə çatdırıb və bununla da kubokun ən çox qol vuran oyunçusu olub.
Parksı "Neftçi"nin oyunçusu Flavinyo və "İnter"in futbolçusu Girts Karsons izləyir. Turnirin 1/4 final mərhələsinin iki oyununda "Xəzər Lənkəran"ın qapısına 3 qol vuran braziliyalı və indiyədək 3 dəfə fərqlənmiş latviyalı bombardirlər yarışında 2-3-cü pillələri tutur.
"Gəncə"dən Ceyhun Sultanov, "Abşeron"dan Emin Mehdiyev, AZAL-dan Eleandro Pema və "İnter"dən Rövşən Əmiraslanovun aktivində 2 qol var.

Bütün xəbərlər Facebook səhifəmizdə